Türkiyədə azərbaycanlı fəhlə faciəvi şəkildə ölüb.
Bakupost.az Lent.az -a istinadla xəbər verir ki, hadisə İğdır rayonunun Topçular məhəlləsindəki inşaatda qeydə alınıb.
Burada işləyən azərbaycanlı Babək N. və Sənani F. liftin şaxtasına düşüb. Babək N.-i xilas etmək mümkün olmayıb. Digər yaralının isə müalicəsi davam edir.
Araşdırma aparılır.