Ru
11:17 / 29 Oktyabr 2025

Azərbaycanlı biznesmen itkin düşdü, maşınında qan izləri tapıldı - FOTO

Azərbaycanlı biznesmen itkin düşdü, maşınında qan izləri tapıldı - FOTO
Eye

Yekaterinburq yaxınlığındakı meşədə salonunda qan izləri olan “Mercedes” markalı avtomobil tapılıb. Avtomobil Rusiya Federasiyasının Zareçni şəhərindən itkin düşmüş azərbaycanlı sahibkara məxsusdur.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın “E1” portalı xəbər yayıb.

Qeyd olunur ki, sahibkar İlqar Bayram oğlu Xanadanov oktyabrın 24-də dostu ilə birlikdə Mezenskaya kəndinə səfər edərkən itkin düşüb. Gecə evə qayıtmaq istəyərkən, o, bir zəngə cavab verib və daha sonra onunla əlaqə kəsilib. Sahibkarın qardaşı bildirib ki, telefonda danışarkən səs tonu yüksəldi, İlqar maşını geri çevirdi və dostunu ən yaxın yol qovşağında düşürdü. O vaxtdan harada olduğu məlum deyil. Onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bazar günü (26 oktyabr) İlqarın qardaşı avtomobili yolun yaxınlığındakı meşədə tapıb. Qardaşı qeyd edir ki, əvvəlki gün həmin ərazidən keçəndə avtomobil orada olmayıb.

“Maşının qapıları açıq idi. Açar üstündə, texniki pasport isə sənədlərin qoyulduğu qapalı qutuda idi. Şəxsi əşyaları – çantası, mənzilinin açarları, mobil telefonu və pulqabısı yox idi. Maşının içərisində çoxlu qan izi vardı.

Polisdən bildirilib ki, o, yaralı halda maşında olmayıb.

“Ola bilsin, onu küçədə vurublar – sükanı, qapı tutacaqlarını və baqajın üstünü qan ilə sonradan çirkləndiriblər”, – deyə itkin düşən şəxsin yaxınları deyib.

İlqar Zareçnidə yaşayan sahibkardır. İş adamının şəhərdə hot-doq satan kafesi var.

Cavid, BakuPost



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar