Kiyev ABŞ-ın təklif etdiyi plana dair danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
Bakupost.az xəbər verir ki, Zelenskinin imzaladığı fərmana əsasən, nümayəndə heyətinə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak başçılıq edəcək.
Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerov isə daha əvvəl bildirib ki, Ukrayna və ABŞ arasında gələcək mümkün sülh sazişinin maddələri üzrə məsləhətləşmələr yaxın günlərdə İsveçrədə başlayacaq.