Ru
16:06 / 22 Noyabr 2025

Tramp onu Ukrayna üzrə xüsusi nümayəndə təyin etdi - FOTO

Tramp onu Ukrayna üzrə xüsusi nümayəndə təyin etdi - FOTO
Eye

ABŞ Prezidenti Donald Tramp quru qoşunları naziri Deniel Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin edib.

Bakupost.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp cümə axşamı Kiyevdə ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri ilə Volodimir Zelenski arasında keçirilən danışıqlardan sonra Driskolu Ukrayna üzrə yeni xüsusi nümayəndə təyin etmək qərarına gəlib.

Driskoll bu postda Keyt Kelloqu əvəz edəcək.
Qeyd edək ki, çərşənbə günü “Reuters” mənbələrə istinadla Kelloqun 2026-cı ilin yanvarında postunu və Tramp administrasiyasını tərk etməyi planlaşdırdığını bildirmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar