Samux rayonunda çobanın qoyunu döyməsi ilə görüntülər qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər məlumat veriliblər.
Əldə etdiyimiz məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində heyvanla rəhimsiz davranan şəxsin Samux rayon sakini V.Bayramquliyev olması müəyyən edilib.
Şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırma aparılır.