Ru
16:19 / 19 Avqust 2025

Lavrovdan "SSRİ" yazılı sviteri ilə bağlı açıqlama

Lavrovdan "SSRİ" yazılı sviteri ilə bağlı açıqlama
Eye

Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Alyaskada keçirilən görüş zamanı üzərində “SSRİ” yazısı olan sviter geyinməsi Amerika tərəfinin müsbət reaksiyasına səbəb olub.


Bakupost.az xəbər verir ki, bu barədə nazir “Rossiya-24” telekanalına müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, ABŞ nümayəndələri bunu təbəssümlə qarsalayıblar:

“Bu barədə heç bir isteriya olmadı, sadəcə mənə dedilər ki, geyim onların çox xoşuna gəlib. Burda fövqəladə heç nə yoxdur. Bu bizim həyatımızdır, tariximizdir, evimizdir — Rusiya Federasiyasıdır, hansı ki keçmiş Sovet İttifaqının bir çox respublikalarını əhatə edir.

Qeyd edək ki, beynəlxalq media daha əvvəl Lavrovun üzərində sovet simvolu olan geyim seçiminə diqqət çəkib və bunu cari beynəlxalq münasibətlər kontekstində simvolik, hətta provokativ jest kimi qiymətləndirib.

Aysel,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar