Ru
13:48 / 18 Noyabr 2025

Şəkidə şok olay: Ərinə gələn zəng qadının xəyanətini üzə çıxardı

Şəkidə şok olay: Ərinə gələn zəng qadının xəyanətini üzə çıxardı
Eye

Rusiya işləmək üçün yollanan Şəki sakini Cabir Quliyev 9 ay sonra geri qayıtdıqdan sonra arvadı Zəminə Quliyevanı (ad-soyadlar şərtidir) döyərək ona xəsarətlər yetirib.

Bakupost.az “Teleqraf”a əldə etdiyi məlumata görə, buna səbəb Zəminənin Cabirə xəyanət etməsi olub. Rayon prokurorluğundan gələn zəng xəyanətin üstünü açıb.

Cabir zəng nəticəsində arvadının 3 aylıq hamilə olduğunu öyrənib. Prokurorluqdan arvadının qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirildiyi, uşağın isə tələf olduğunu deyiblər.

Bundan sonra Cabir həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb və onunla boşanmaq qərarına gəlib.

Cütlük boşanma ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət olunublar. Orada Cabir boşanmağı xəyanətlə əlaqələndirib, arvadı isə bunu inkar etməyib. O, Rəsul adlı şəxslə münasibətdə olduğunu, buna görə hamilə qaldığını etiraf edib.

Bu etirafdan sonra əsəbiləşən Cabir Zəminənin üzərinə hücum çəkib və ona yumruq zərbələri endirib. Qadın döyülməsi ilə bağlı polisə şikayət edib.

Şəki Rayon Məhkəməsinin hökmünə əsasən, Cabir Quliyev 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar