Kubada vəziyyət ağırdır. Vaşinqton tezliklə bu ölkə ilə də yaxından maraqlanacaq.
Bakupost.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib.
Trampın sözlərinə görə, Kubada idarəetmə iflic vəziyyətindədir və kubalılar ABŞ-dən kömək gözləyirlər.
ABŞ prezidenti ölkəsinin ilk növbədə İran məsələsinə diqqət yetirdiyini vurğulayıb.
“İranla işimizi bitirən kimi Kuba ilə də maraqlanacağıq. Mən hər dəfə bir məsələ ilə məşğul olmağı sevirəm. Geri dönüş yolunda Kubada qısa müddətlik dayanacağıq”, – deyə Tramp bildirib.
Röya Rizvanzadə, BakuPost