Bakıda özəl klinikalardan birində pasientlərlə xəstəxana
işçiləri arasında dava olub.
BakiPost.az-a daxil olan məlumata görə, mübahisə "Mediland
Hospital”da baş verib. Belə ki, klinikada çalışan professor, tibb elmləri doktoru,
allerqoloq Kamal Hacıyevin qəbuluna düşmək istəyən xəstələr sadəcə müayinə üçün
56 manat ödəməli olduqlarını öyrəniblər. Bu isə pasientlər arasında narazılıq yaradıb. Onlar qiymətə etiraz etdikdə xəstəxana
əməkdaşları ilə gərginlik yaşanıb.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı xəstəxana
ilə əlaqə saxlayıb. Özünü allerqoloq Kamal Hacıyevin köməkçisi kimi təqdim edən
xanım professorun qəbul qiymətinin 56 manat olduğunu təsdiqləyib: "Bəli qəbul
56 manatdır. Birinci dəfə 56 manat ödədikdən sonra 3 həftə müddətində
professorun yanına gəlmək pulsuzdur. Amma 3 həftədən sonra yenidən 56 manat ödəniş
etmək lazımdır. Qəbul düşmək üçün isə 1 həftə öncədən siyahıya yazılmaq
lazımdır”.
"Özəl klinikalarda həkimlərin qəbul qiyməti 30 manat
olduğu halda, niyə Kamal Hacıyevin qəbul qiyməti 2 dəfə bahadır” sualına isə həkim
köməkçisi maraqlı cavab verib: "Siz professorun qəbuluna gəlirsiniz. Gəlmək istəmirsinizsə,
bu sizin öz işinizdir”.
Həkim, professor, tibb üzrə ekspert Adil Qeybulla BakiPost.az-ın
əməkdaşı ilə söhbətində deyib ki, Kamal Hacıyev professor olsa belə insanların
indiki durumunu nəzərə almalıdır: "Bu məsələnin hüquqi tərəfi yoxdur. Yalnız mənəvi
tərəfi var. Çalışmaq lazımdır ki, əhalinin indiki durumunda onların da vəziyyətləri
nəzərə alınsın. Məsələn, mən özüm də özəl klinikada çalışıram. Çalışırıq ki,
insanları yola verək. Ümumiyyətlə, hər şeyi düşünmək lazımdır. Təəssüflər olsun
ki, bu, hüquqi baxımdan mühakimə və ya müzakirə ediləsi bir məsələ deyil. Çünki
bununla bağlı konkret olaraq tarif, limitlər, qadağalar və ya inzibati yolla
başqa tənzimlənmələr mexanizmi yoxdur. Sadəcə bu, bazar rəqabəti şəraitində tənzimlənməlidir.
Yəni hansısa standart rəqəmlər olmalıdır. Ancaq istənilən özəl klinikada
qoyulan qiymətlərə əslində kimsə müdaxilə edə bilməz. Bu, bazar
iqtisadiyyatının qanunlarına ziddir. Sadəcə olaraq həkimlik daha çox mənəvi
prinsiplərlə bağlı olan peşədir. Ona görə də vətəndaşların vəziyyətini nəzərə
almaq lazımdır”.

Adil Qeybulla vurğulayıb ki, insanların öyrəşdiyi qiymətlərdən fərqli məbləğlərin olması əhalini haqlı olaraq narahat edir: "Mən
Kamal Hacıyevi yaxşı tanımıram. Amma bilirəm ki, öz sahəsinin mütəxəssisidir. Fəaliyyətinin
ödəmələrini də özü tənzimləyir”.
Bakı Post
Başqa klinikalarda bir çox həkimlərin qəbulu daha bahadır,Kamal doktor aldığı pulun müqabilində xəstəni müalicə edir başqaları kimi xəstəni asılı vəziyyətə salmır,çox savadlı və vicdanlı həkimdi elə olmasaydı qəbuluna o qədər xəstə müraciət etməzdi mən şəxsən çox razıyam və yaxınlarıma həmişə Kamal doktoru məsləhət görürəm.
Cox yaxwi hekimdir.Yazdiqi dermanlar da ucuz.Indi her yerde qiymet bahadir.Savadli hekimdir.
Çox savadsız həkimdi. Hələ yanındakı köməkçisi Tamella xanım bir qəpiyə dəymir.
Salam Kamal doktor yaxşı doktordu hər kəsə məsləhət edirəm
Hhhhh
Cox yaxsı hekımdı cox razıyam balamı o saxaltdı yoxsa asma olma tehlükesi cox idi. Halal xoşu olsun pulu düzdü bahadı amma 2iş ne dedi etdim ne analız derman hamısın neticede eladı. Qebulu analızı bahadı amma ucuz dermanlar yazıb hemişe.
Xaiş edirəm dəqiq bilənlər cavablandırsın özladım asma və ya yaxşı həkim yeri bilənlər
Xaiş edirəm dəqiq bilənlər cavablandırsın özladım asma və ya yaxşı həkim yeri bilənlər
Salam kamal hacıyev brox asta xəstəlikin sağaltırmı 100%sağaltarmı
Yanina girdik üc analiz yazdi və göndərdi. Gəldik ki, anqlizin biri120 manat. Verdik heç biridə cixmadi. Bəyəm professor əlamətlərdəm bilmir uşaq nəyin əlaməti var. Day pul ödəmədən qabaq deyərdi get analizə sonra gəl.
Bir qəpiklik həkim deyil