Ru
13:25 / 22 İyul 2025

Mətbuatın 150 illiyi beynəlxalq hadisəyə çevrildi - Sabir Rüstəmxanlı söhbətləri - VİDEO

Mətbuatın 150 illiyi beynəlxalq hadisəyə çevrildi -  Sabir Rüstəmxanlı söhbətləri - VİDEO
Eye

Xalq şairi Sabir Rüstəmxanlının müəllifi olduğu “Sabir Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı Azərbaycan mətbuatının 150 illiyinə həsr olunub.

S.Rüstəmxanlı verilişdə Azərbaycan mətbuatının tariximizdəki yerindən, milli şüurun inkişafındakı rolundan, demokratik ənənlərindən, eləcə də özünün jurnalistika fəaliyyətindən danışıb.

Azərbaycanda yaranan ilk mətbu orqanlar barədə geniş məlumat verən S.Rüstəmxanlı daha sonra III Şuşa Qlobal Media Forumunun əhəmiyyətini şərh edib. O bildirib ki, Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirak etməsi mətbuatın nüfuzunun və dövlətin mediaya verdiyi dəstəyin nümunəsidir:

“Əvvəlki forumlar da yadımızdadır. Bu təkcə mətbuat işi deyil, həm də böyük siyasi mənası, dövlətçilik əhəmiyyəti olan bir işdir. Mətbuat əslində dünyanın görən gözüdür və Azərbaycan Prezidenti hər il çalışır ki, o gözlər Qarabağa yönəlsin, erməni işğalçılarının Qarabağı necə dağıtdıqlarını, Azərbaycanın isə oranı necə bərpa etdiyini görsünlər”.

Forumun Şuşada keçirilməsinə toxunan Xalq şairi vaxtilə bu şəhərdən olan Azərbaycan ziyalılarının mətbuat tariximizdə xüsusi rol oynadıqlarını da vurğulayıb:

“Təsəvvür edin ki, 1918-ci ildə çıxan “Azərbaycan” qəzetinin redaktoru böyük azərbaycanlı, şuşalı Üzeyir Hacıbəyli idi. Onun publisistik yazıları bu gün də heyranlıqla oxunur. Şuşada, Qarabağda yetişmiş qələm əhlinin Azərbaycan mətbuatının inkişafında rolu danılmazdır. Ona görə də forumun məhz Şuşada keçirilməsi tam məntiqli bir hadisədir”.

Xalq şairi sonda sosial media və müasir mətbuatın durumundan da söz açıb. Ətraflı videoda...




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar