Ru
10:22 / 19 Avqust 2022

MİDA-nın güzəştli mənzilləri yenə qalmaqala səbəb ola bilər - Ekspertdən xəbərdarlıq

MİDA-nın güzəştli mənzilləri yenə qalmaqala səbəb ola bilər - Ekspertdən xəbərdarlıq
Eye

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarır. Artıq MİDA “Güzəştli mənzil” sisteminin sınaq(demo) versiyasını istifadəyə verib. Agentlik bununla bağlı açıqlamada “Güzəştli mənzil” sistemində 15-22 sentyabr 2022-ci il tarixində keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edildiyini bildirib.

"Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Bakupost.az-a açıqlamasında deyib ki, MİDA təhlükəsizlik tədbirləri tətbiq edildiyini bildirsə də, bu tədbirlərin nədən ibarət olması haqqında məlumat verməyib. Cəmiyyəti bununla bağlı narahat edən suallar isə yetərincədir:
“Sistemin İT auditi aparılıbmı, kənar müdaxilələrdən qorunma təmin edilibmi? Hansı dövlət və ya özəl qurum sistemin auditini təşkil edib. Seçim zamanıyenə də botlar və digər proqram təminatlarından istifadə mümkün olacaqmı? Demo versiyanınn kodları ilə satış modulun kodları dəyişdirilibmi? Onlayn satışdan dərhal sonra seçim prosesinin bütün mərhələlərini əks etdirən data açıqlanacaqmı? Ən başlıcası isə onlayn satış prosesində şəffaflıq və ictimai nəzarət üçün hansı imkanlar yaradılacaq? Bütün bu cavabsız sullar insanlarda narahatlıq doğurur".

Osman Gündüz qeyd edib ki, MİDA-nın elanında indiyədək mövcud olan qaydalarda hansısa dəyişiklik edildiyi haqda məlumat verilməyib:

"Ancaq DTX və MİDA-nın sonuncu mənzil satışı ilə bağlı məlumatından, sistemə qanunsuz müdaxilə səbəbindən bu satışın nəticələrinin ləğvindən sonra gözlənilirdi ki, “Güzəştli mənzil ” infromasiya sistemi və güzəştli mənzillərin seçim qaydaları təkmilləşdiriləcək. Bununla bağlı mütəxəssislər tərəfindən xeyli təkliflər də verilmişdi. Deyəsən, təkliflər nəzərə alınmayıb”.

Osman Gündüz qeyd edib ki, MİDA tərəfindən güzəştli mənzil kateqoriyasının genişləndirilməsi, güzəştli mənzil satışının alternativ üsulları, oflayn formada satış nəzərdə tutulmalıdır:

“MİDA-nın güzəştli mənzillərin alternativ, oflayn satış üsullarını təqdim etməsi də doğru olardı”.

Sevinc,
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar