Ru
11:03 / 31 Oktyabr 2025

Milli Məclisdə jurnalistlərə qoyulan qadağa ləğv edildi

Milli Məclisdə jurnalistlərə qoyulan qadağa ləğv edildi
Eye

Milli Məclisdə jurnalistlər üçün tətbiq olunan telefon qadağası aradan qaldırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı Real TV-nin redaktoru Mahir Məmmədli paylaşıb.

O, qərarın qəbuluna görə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin yeni rəhbərliyinə, həmçinin bu məsələdə daim media nümayəndələrinin problemlərinin həllinə dəstək göstərən Milli Məclis rəhbərliyinə və spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Qeyd edək ki, uzun illərdir jurnalistlərin Milli Məclisə mobil telefonla daxil olmasına icazə verilmirdi.
Yeni qərarla bu məhdudiyyət artıq qüvvədən düşüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar