Ru
17:30 / 28 Oktyabr 2025

"Mister Bin" aktyor deyil" dedi, tənqid olundu

"Mister Bin" aktyor deyil" dedi, tənqid olundu
Eye

Əməkdar artist Coşqun Rəhimov aktyor Roven Atkinsonun canlandırdığı Mister Bin obrazını pisləyib.

Bakupost.az xəbər verir ki, o, Mister Bini aktyor hesab etmədiyini deyib.

C.Rəhimovun "Axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Ona aktyor demək olarsa... Eyni tiplidir, Mister Bindir. Onu onun canından çıxartmaq olmur. Çox sadə, bəsit bir vəziyyətdən gülüş yaradır. Buna aktyor demirlər. Tapılmış bir formanı tamaşaçıya təqdim edir. Onu aktyor kimi təqdim edə bilmərik" sözləri tənqid edilib.

Aktyor Türkay Cəfərli isə C.Rəhimovun bu fikirlərini tənqid edib:

"Axmaq vəziyyət, qurşaqdan aşağı "ayə, vayə" ilə hırıldatmaqdır. Axmaq olmayan vəziyyət isə düşdüyü duruma uyğun verəcəyi reaksiyadır. Vəziyyət komediyası. Roven Atkinson, sən aktyor deyilsənmiş".(Axşam.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar