"Milan"ının futbolçusu Luka Modriç karyerasını başa vurduqdan sonra İspaniyanın "Real Madrid" klubuna qayıtmağı planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Bildirilib ki, 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi karyerasını başa vurduqdan sonra "kral klubu"nun akademiyasında məşqçi olacaq.
O, prezident Florentino Peresin təklifini qəbul edib və artıq hazırlıq kurslarına yazılıb.
Qeyd edək ki, Luka Modriçin "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. O, 2012-2025-ci illərdə "Real Madrid"in şərəfini qoruyub.