Son zamanlar Ermənistan ordusunda dinc şəraitdə hərbçilərin ölüm hallarının artması Baş nazir Nikol Paşinyanı Hərbi Polis və Müdafiə Nazirliyinin Mənəvi və Psixoloji Dəstək Departamentində dəyişiklik etməyə məcbur edib.
Ermənistan hakimiyyəti bu sahədəki səylərin istənilən nəticəni verməməsinin səbəblərini ətraflı təhlil etmək və vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək niyyətindədir.
“Bakupost” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu bu gün keçirilən brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, vəziyyətin təhlili qəti nəticələrə gətirib çıxaracaq, lakin şəxsi məsuliyyət ölkənin ali hərbi rəhbərliyinə şamil edilmir.
"Bu sahədəki səylərin niyə istənilən nəticəni vermədiyini hərtərəfli təhlil edəcəyik. Nəticələr çıxarılacaq və bəli, fərdi məsuliyyət olmalıdır, amma mənim qiymətləndirməm o deyil ki, Baş Qərargah rəisi və müdafiə naziri bu problemi həll etmək üçün kifayət qədər səy göstərmirlər", - deyə Ermənistanın Baş naziri qeyd edib.
Paşinyan vurğulayıb ki, kadr dəyişiklikləri Silahlı Qüvvələrdə asayiş və psixoloji işin təşkilinə birbaşa məsul olan müvafiq strukturlara və bölmələrə şamil ediləcək.
Rüfət Sultan,
BakuPost