Ru
08:14 / 09 Sentyabr 2025

"Niva"da qüsurlar aşkarlandı

"Niva"da qüsurlar aşkarlandı
Eye

Rusiya bazarında "Lada" brendinin rəsmi istehsalçısı olan "AvtoVAZ" 23 min avtomobilin geri çağırıldığını elan edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Rosstandart" məlumat yayıb

Bildirilir ki, geri çağırılanlar arasında 8912 ədəd "Lada Niva Legend" avtomobili var. Onların təcili xidmətlər çağırış bloku (ERA-GLONASS), eləcə də təhlükəsizlik yastığı sistemini idarəetmə bloku (SNPB) yoxdur.

Söhbət 2021-ci ilin oktyabrından 2024-cü ilin mayına qədər istehsal olunmuş avtomobillərdən gedir.

Bundan əlavə, 14 024 ədəd "Lada Niva Travel" avtomobili servisə göndəriləcək. 2021-ci ilin oktyabrından 2023-cü ilin noyabrına qədər istehsal edilmiş yolsuzluq avtomobillərində də təcili xidmətlər çağırış bloku yoxdur.

Qeyd edilən bütün avtomobillərdə çatışmayan bloklar quraşdırılacaq.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar