Ru
12:46 / 09 Sentyabr 2025

Nepalda etirazçılar prezidentin iqamətgahını yandırdı – VİDEO

Nepalda etirazçılar prezidentin iqamətgahını yandırdı – VİDEO
Eye

Nepalda etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edərək yandırıblar.

Bakupost.az xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.

Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.

Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.
Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar