Ru
14:06 / 09 Sentyabr 2025

Nepalın Baş naziri istefa verdi

Nepalın Baş naziri istefa verdi
Eye

Nepalın Baş naziri Khadqa Prasad Şarma Oli son günlərdə ölkəni bürüyən korrupsiyaya qarşı irimiqyaslı etirazlardan sonra istefa verdiyini elan edib.

Bu barədə Bakupost.az Nepal mediasına istinadən məlumat verib.

Bildirilib ki, o, Prezident Ram Çandra Paudelə ünvanladığı məktubda fövqəladə vəziyyətin mövcudluğunu etiraf edib və siyasi həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

İstefaya səbəb korrupsiyaya, azadlıqların məhdudlaşdırılmasına və polis repressiyalarına qarşı keçirilən kütləvi nümayişlərdir.

Federal Parlament binası və Katmandudakı digər obyektlərin qarşısında keçirilən aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Nəticədə 19 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.

Katmandu vadisində komendant saatının tətbiq edilməsinə və təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, etirazlar davam edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar