Ru
13:46 / 09 Sentyabr 2025

Milli Məclisin xüsusi iclası başa çatdı

Milli Məclisin xüsusi iclası başa çatdı
Eye

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclas başa çatıb.

Bakupost.az xəbər verir ki, deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə Vaşinqton razılaşmalarını müzakirə ediblər.

İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib.

Yekunda sədr Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib:

"Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir".

Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar