Azərbaycan Xalq Partiyası (AXP) qurultaya hazırlaşır.
Bakupost.az xəbər verir ki, partiyanın sədr səlahiyyətlərini icra edən Qiyas Sadıqov Qaynarinfo-ya qurultayın oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığını deyib:
"Qurultayın dəqiq vaxtı 10-15 günə təyin olunacaq".
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn sədrlikdən istefa verib. Sədr səlahiyyətlərinin müvəqqəti icrasının isə onun müavini Qiyas Sadıqova həvalə olunduğunu açıqlamışdı.