Ru
17:02 / 26 Noyabr 2021

Noyabrın ödənişləri başa çatdı

Noyabrın ödənişləri başa çatdı
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün, noyabrın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının da ödənilməsi təmin edilib.

Nazirlikdən Bakupost.az -a verilən məlumata görə, vətəndaşlar sosial ödənişlərini kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, noyabrın 15-də isə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə pensiyalar ödənilib.

Beləliklə, noyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar