Ru
15:59 / 10 Oktyabr 2025

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi - FOTO

Oqtay Şirəliyevin yerinə baş direktor seçildi  - FOTO
Eye

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni Baş direktoru seçilib.

Bakupost.az bidirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın baş direktoru vəzifəsinə Vəzirov Rəşid Şamil oğlu gətirilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə ayın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar