Ru
17:31 / 10 Oktyabr 2025

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə hökm oxundu

Nəzrinin ölümünə görə həbs edilən Sənan Mehdiyevə hökm oxundu
Eye

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.

Bakupost.az "Teleqraf"a istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə hökm oxunub.

Hökmə əsasən Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Dövlət ittihamçısı Sahilə Mirişova Sənan Mehdiyevin 4 il 9 ay azadlıqdan məhrum edilməsini və 3 il həkimlik ixtisasından məhrum edilməsini istəmişdi.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar