Ru
17:41 / 10 Oktyabr 2025

Putin: Azərbaycanla münasibətlərdə böhran yoxdur

Putin: Azərbaycanla münasibətlərdə böhran yoxdur
Eye

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərdə böhran yaşandığını söyləmək olmaz.

Bakupost.az xəbər verir ki, bu barədə Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əks halda ölkələr iqtisadi əlaqələrin inkişaf etdiyini görməzdilər.

"Dövlətlərarası münasibətlərdə bu nə böhrandır? Bu, emosiyaların böhranı idi - və başa düşüləndir. Biz faciəvi hadisə ilə üzləşdik: təyyarə qəzası. Və bunu həll etmək üçün bizə vaxt lazım idi", - deyə Rusiya prezidenti vurğulayıb.

Putin ümid edir ki, ölkələr “səhifəni çeviriblər” və öz böyük planlarını həyata keçirməyə davam edə biləcəklər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar