Ru
16:37 / 10 Oktyabr 2025

Putin Paşinyanla razılaşmadı - VİDEO

Putin Paşinyanla razılaşmadı - VİDEO
Eye

Düşənbədə MDB sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında fikir ayrılığı yaranıb.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Putin iclas zamanı Paşinyana hazırda iki ölkə arasında ticarət dövriyyəsinin hansı həcmdə olması barədə sual ünvanlayıb.

Paşinyan isə cavabında Rusiya və Ermənistan arasında həmin rəqəmin 2025-ci ildə 4 milyard dollar, ötən il isə 9 milyard dollar olduğunu bildirib.

Putin isə bu fikirlə razılaşmayaraq göstəricilərin daha çox olduğunu qeyd edib: “Daha çox. Ötən il daha çox olub və bu il də çox olacaq. Bu, aydındır”.

Ermənistan Baş naziri bu irada sadəcə “Ola bilər” deyə cavab verib.

Qeyd edək ki, rəsmi məlumatlara əsasən, 2024-cü ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 1,6 dəfə artıb və 12 milyard dollardan çox təşkil edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar