ABŞ-nin Dallas şəhərində bir qadın digərini güllələyib.
Bakupost.az-ın Fox News-a istinadən verdiyi məlumata görə, hadisə PetSmart mağazasının parkinqində baş verib.
Polisin məlumatına görə, Five Below mağazasında 41 yaşlı Sesiliya Simpson qapını 22 yaşlı Keona Zakyu Hempton üçün açıq saxlayıb, lakin gənc qadın bunun əvəzində ona təşəkkür etməyib. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Hemptondan ərazini tərk etməsi tələb edildikdən sonra o, Simpsonun avtomobilinə butulka atıb, daha sonra isə tapança ilə ona üç dəfə atəş açıb.
Məlumata görə, 41 yaşlı Sesiliya Simpson güllə yaraları alıb.
Hadisə şahidi olan tibb bacısı təcili yardım gələnədək yaralı qadına ilkin tibbi yardım göstərib.
Silahlı qadın elə həmin axşam polis tərəfindən həbs edilib. O, mübahisə etdiyini etiraf etsə də, silahı “yalnız vəziyyət fiziki qarşıdurmaya çevrildikdən sonra” çıxardığını bildirib.
Lalə, Bakupost