Ru
23:32 / 23 Noyabr 2021

Paşinyan üçtərəfli görüşdən niyə imtina etdiyini açıqladı

Paşinyan üçtərəfli görüşdən niyə imtina etdiyini açıqladı
Eye

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb.

Bakupost.az xəbər verir ki, Paşinyan bunun səbəbini belə izah edib:

“Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Ancaq mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - deyə Paşinyan qeyd edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar