Ru
13:59 / 27 Yanvar 2025

Polşada “Pegasus” QALMAQALI - Siyasətçilərin telefonu dinlənildi

Polşada “Pegasus” QALMAQALI - Siyasətçilərin telefonu dinlənildi
Eye

Polşada İsrail casus proqramı “Pegasus” vasitəsilə 578 siyasətçinin telefonu dinlənilib.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, proqram Polşa xüsusi xidmət orqanları tərəfindən alınıb.

Bildirilib ki, “Pegasus” əvvəlcə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi Bürosunun təşəbbüsü ilə alınıb, lakin sonradan məlumatlar Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks Kəşfiyyat Xidməti və polis tərəfindən də istifadə edilib.

Qurumlar proqram təminatı vasitəsilə əldə edilən məlumatların istifadəsi üçün pul ödəyib. Belə ki, Hərbi Əks Kəşfiyyat Xidməti hər il Mərkəzi Antikorrupsiya Bürosunun hesabına 1 milyon dollar köçürüb.

İlkin ehtimala görə, polşalı siyasətçilər haqqında məlumatların bir hissəsi İsrailə ötürülə bilər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar