Ru
17:32 / 16 Yanvar 2026

Putin İsrail və İran dövlət başçıları ilə danışdı - Məqsəd nədir?

Putin İsrail və İran dövlət başçıları ilə danışdı - Məqsəd nədir?
Eye

“Rusiya Prezidenti Vladimir Putin gün ərzində bir-birinə düşmən olan iki ölkənin lideri – İsrail baş naziri Benyamin Netanyahu və İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb”.


Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Putin bununla ətraf aləmə “mən də varam” demək istəyib:

“Vladimir Putin Netanyahuya “Rusiya vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazırdır”, Məsud Pezeşkiana isə “gərginliyin azaldılması üçün səyləri davam etdiririk” deyib. Gəlişi gözəl sözlərdən başqa bir şey deyil. Birincisi, Rusiya Ukrayna müharibəsində elə ilişib qalıb ki, başqa problemlərin həllinə nə zamanı, nə də diplomatik resursları qalıb. Putin ABŞ-nin Venesuelanı nəzarətə götürməsinə səssiz qaldı, İranla bağlı da fəallığı yox dərəcəsindədir. Kremlin ruporu Vladimir Solovyov Rusiyanın Ermənistanı nəzarətə götürməsi vacibliyini söyləsə də, Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsinə şərait yaradıb”.

Yasəmən,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar