ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş başa çatıb.
Bakupost.az xəbər verir ki, toplantı üç saata yaxın davam edib.
Görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.
***
23:33
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.
Bakupost.az xəbər verir ki, görüş Alyaskada təyin olunan bazada baş tutur.
Asena
Bakupost