Ukraynanın Xerson vilayətində son sutkada Rusiya hücumları nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, hücumlar zamanı yaşayış binaları, sosial və kritik infrastruktur zərər görüb.
Qeyd edək ki, bir çox evlər, o cümlədən çoxmərtəbəli bina və 14 fərdi yaşayış evi dağıdılıb, təsərrüfat tikililəri də yararsız hala düşüb.