Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində çoxsaylı insan itkisinə görə ölkə rəhbərliyinə və xalqına başsağlığı verib.
Bakupost.az xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında paylaşım edilib.
"Pakistanın şimal hissəsində üzrə baş verən daşqınlar nəticəsində çoxsaylı insanların həyatını itirməsi və dağıntılar bizi dərin kədərə boğub. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir",- paylaşımda deyilir.
Qeyd edək ki, Pakistanda daşqınlar və torpaq sürüşmələri nəticəsində 220 nəfər həyatını itirib.