Ru
11:33 / 16 Avqust 2025

Şamaxıda 15 yaşlı qız nişanlandı - Atası məsuliyyətə cəlb edildi

Şamaxıda 15 yaşlı qız nişanlandı - Atası məsuliyyətə cəlb edildi
Eye

Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar