Azərbaycanda daha bir nəfər dənizdə boğulub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində baş verib.
Belə ki, 16 yaşlı Murad Bayramov dənizdə batıb. Onun cansız bədəni sudan çıxarılaraq aidiyatı üzrə təhvil verilib.
Qeyd edək ki, təkcə bu ilin iyul ayı ərzində 21 nəfər suda boğulub.