ABŞ prezidenti Donald Trampın məşhur zirehli limuzini Cadillac One-a hətta onun yaxın dostları da çox az hallarda dəvət olunurlar.
Bakupost.az xəbər verir ki, bu barədə "Sky News"un efirində bildirilib.
İndiyə qədər yalnız iki dəfə xarici liderlər bu avtomobildə Trampın yanında əyləşiblər:
2017-ci ildə Parisdə prezident Emmanuel Makron və həmin il Tokioda keçmiş Yaponiya baş naziri Sindzo Abe.
Vladimir Putinin digər dünya liderləri ilə eyni avtomobildə görüntüləndiyi bəzi məqamlar da diqqət çəkib:
Silvio Berluskoni (İtaliya) – 2003-cü ilin oktyabrında Sardiniyadakı “Çertoza” villasının ərazisində Berluskoni Putini özü avtomobildə gəzdirib;
Angela Merkel (Almaniya) – 2007-ci ildə Volfsburqdakı Volkswagen zavodunda Merkel yeni Golf-u sükan arxasında Putinə nümayiş etdirib;
Donald Tramp (ABŞ) – 2017-ci ildə G20 sammitində Hamburqda Putin özünün Mercedes Pullman Guard-ı ilə Trampı gəzdirib;
Kim Çen In (KXDR) – 2019-cu ildə Vladivostokda Şimali Koreya lideri Putini şəxsi Maybach Pullman-ında qonaq edib;
Aleksandr Lukaşenko (Belarus) – 2020-ci ildə Soçidə Lukaşenko və Putin birlikdə Aurus Senat ilə hərəkət ediblər;
Hazırkı Alyaska sammitində isə diqqət mərkəzində Putinin ABŞ lideri ilə birgə Cadillac One-da olmasıdır ki, ekspertlər bunu “həqiqətən nadir mənzərə” kimi dəyərləndirirlər.