Ru
03:07 / 16 Avqust 2025

Ukraynanın təhlükəsizliyi təmin edilməlidir - Putin

Ukraynanın təhlükəsizliyi təmin edilməlidir - Putin
Eye

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla danışıqların konstruktiv keçdiyini bildirib.

Bakupost.az xəbər verir ki, Kreml rəhbəri bunu Alyaskadakı sammitdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ Prezidenti ilə görüşəndə “onu sağ görməyinə” sevinib.

Böyük ehtimalla, Putin seçki kampaniyası zamanı D. Trampa sui-qəsd cəhdinə işarə edib.

V.Putin onu da söyləyib ki, sülh nizamlanması zamanı “Ukraynanın təhlükəsizliyi təmin edilməlidir” dedi və bu barədə o, D.Trampla həmfikirdir. O, eyni zamanda təhlükəsizlik ilə bağlı “Rusiyanın narahatlığını” da nəzərə alınmasını tələb edib.

Onun sözlərinə görə, nizamlanma prosesində “açıq-aydın irəliləyiş” var.

V.Putin ABŞ və Rusiyanın əvvəllər “ortaq düşmənləri məğlub etdiyini” deyib və bu irsin indi də tətbiq olunmasını arzulayıb. O vurğualyıb: "Biz Prezident Trampla çox yaxşı və birbaşa əlaqələr qurmuşuq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar