Ru
02:46 / 16 Avqust 2025

Putindən ilk: Trampa görə ənənəni pozdu!

Putindən ilk: Trampa görə ənənəni pozdu!
Eye

Rusiya prezidenti Vladimir Putin ABŞ-a səfəri zamanı nadir bir addım ataraq ənənəsini pozub.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, xarici səfərlərdə hər zaman yalnız öz avtomobilindən istifadə etsə də, bu dəfə Trampın dəvəti ilə ABŞ prezidentinin limuzininə əyləşib.

Məlumata görə, bu təklif Tramp tərəfindən görüşdən sonra birgə foto çəkilişdən dərhal sonra irəli sürülüb. WSJ yazır ki, Putin dəvəti qəbul edərək korteji müşayiət edən limuzinə minməkdən çəkinməyib.

Diplomatik qaydalara görə, dövlət başçıları xaricdə təhlükəsizlik səbəbindən, adətən, yalnız öz mühafizə sistemlərinin təmin etdiyi avtomobillərlə hərəkət edirlər. Bu baxımdan, Putinin qərarı analitiklər tərəfindən həm rəmzi, həm də siyasi jest kimi qiymətləndirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar