Ru
02:33 / 16 Avqust 2025

O, mahir manipulyasiya ustasıdır - KİV

O, mahir manipulyasiya ustasıdır - KİV
Eye

Biz bilirik ki, Putin mahir manipulyasiya ustasıdır.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, "Sky News" nəşri Putin-Tramp görüşü haqqında belə yazıb.

Məqalədə Rusiya Prezidenti V.Putinin obrazı və davranışları təhlil olunur.

Materialda deyilir: "Elə təsir bağışlayır ki, sanki Putin sülhə nail olmağa çalışır, sülh istəmədiyi açıq-aşkar görünür".

"Sky News" iki prezidentin görüşü ilə bağlı təəssüratlarını da bölüşüb.

Nəşr bildirib ki, Alyaska sammiti V.Putinin Qərbin təcridindən çıxması idel şərait yaradır:

"Bu, Vladimir Putinin həsrətində olduğu andır. Onu Amerika torpağında böyük dövlət lideri kimi qarşıladılar - qırmızı xalça, əl sıxma, təyyarə paradı - yalnız Şimali Koreyada ittiham olunan hərbi cinayətkarı belə qarşılaya bilərdilər... Bu, Putinin Qərbdən təcridindən möhtəşəm şəkildə xilas olmasından xəbər verir. Donald Tramp sanksiyalar tətbiq etmək əvəzinə əvəzinə Rusiya Prezidentini rəsmi səfərlə mükafatlandırdı".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar