Ukrayna münaqişəsinin həlli üçün bütün əsas səbəblər aradan qaldırılmalıdır. Rusiya ilə bağlı bütün qanuni narahatlıqlar nəzərə alınmalı, Avropada və ümumilikdə dünyada ədalətli təhlükəsizlik balansı bərpa edilməlidir.
Bakupost.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Alyaskada Tramp ilə sammitdən sonra çıxışında deyib.
"Mən prezident Tramp ilə razıyam ki, təbii olaraq Ukraynanın təhlükəsizliyi də təmin olunmalıdır”,- o əlavə edib.
Kremlin bu ritorikası Ukrayna ilə bağlı razılaşmaların çətin tərəflərindən biri kimi qiymətləndirilir.