ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsində bu həftə ərzində atəşkəs əldə olunacağına ümid etdiyini bildirib.
Bakupost.az xəbər verir ki, Tramp bu barədə prezident təyyarəsində Ankoricə (Alyaska ştatı) gedərkən "Fox News" telekanalına verdiyi müsahibədə deyib.
"Mən istəyirəm ki, atəşkəs əldə edilsin və bu, növbəti həftə deyil, cari həftədə edilsin ki, biz ikinci görüşü təşkil edə bilək", - deyə o bildirib.
Amerika lideri həmçinin qeyd edib ki, əgər Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının nəticələri mənfi olarsa, o, münaqişənin həllində vasitəçilik cəhdlərindən imtina edəcək.