Rusya və ABŞ nümayəndə heyətləri üçün planlaşdırılan nahar ləğv olunub.
Bakupost.az xəbər verir ki, bu barədə RT müxbirləri məlumat yayıb.
Rəsmi məlumata görə, ABŞ Prezidenti Donald Tramp Vaşinqtona qayıdır. Ağ Evdən bildirilib ki, bu səbəbdən Alyaskada nəzərdə tutulan nahar tədbiri baş tutmayacaq.
Hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib.