Ru
03:20 / 16 Avqust 2025

Tramp-Putin görüşü: Görüş necə yekunlaşdı? - TAM VİDEO

Tramp-Putin görüşü: Görüş necə yekunlaşdı? - TAM VİDEO
Eye

Tramp-Putin görüşü Ukraynada hər hansı bir razılaşma və ya atəşkəs olmadan başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Alyaskadakı mətbuat konfransındakı çıxışında belə deyib.

Tam anlaşma və hələlik heç bir razılaşma əldə olunmayıb. Görüşlə bağlı Ukrayna Prezidenti Volodimir Zelenskiyə və avropalı siyasətçilərə zəng edəcəyəm. Bu gün əhəmiyyətli irəliləyiş əldə etdik. Birgə işləmək üçün yaxşı fürsətimiz olacaq və məhsuldar danışıqlarımız olub. Bizim sülh yolu ilə həllə nail olmaq üçün yaxşı şansımız var. Biz buna hələ nail olmamışıq".

D.Tramp bildirib ki, Putin münaqişəyə son qoymaq istəyir.

O, həmçinin Putini “çox tezliklə” yenidən görəcəyinə ümid etdiyini bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar