Ru
13:00 / 25 Avqust 2025

“Qarabağ” -“Ferentsvaroş” oyununun hakimləri açıqlandı

“Qarabağ” -“Ferentsvaroş” oyununun hakimləri açıqlandı
Eye

“Qarabağ”ın Çempionlar Liqasının pey-off mərhələsində “Ferentsvaroş”la cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakupost.az xəbər verir ki, görüş Fransadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı məşhur FİFA referisi Kleman Tyurpen idarə edəcək. Ona yan xətt hakimləri qismində Nikolya Danos və Aleksis Auqer köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” oyunu avqustun 27-si yerli vaxtla saat 20:45-də başlanacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar