Bakı-Astara şosesinin Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, surücünün sükan arxasında yuxulaması nəticəsində avtomobil maneələrə çırpılıb. Nəticədə 5 nəfər – Aytən Hacıəliyeva, Sübhan Quliyev, Nihat Nuriyev, Savalan Nuriyev, Mahuzər Abdulova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri stabildir.
Avtomobildə onlardan əlavə 2 azyaşlı da olub. Xoşbəxtlikdən uşaqlar qəzada xəsatər almayıblar.
Aysel,
BakuPost