Ru
11:39 / 18 Noyabr 2025

Qazaxıstanda dəhşətli faciə – Yanan evdə 12 nəfər öldü, 9-u uşaqdır

Qazaxıstanda dəhşətli faciə – Yanan evdə 12 nəfər öldü, 9-u uşaqdır
Eye

Qazaxıstanın Türkıstan bölgəsinin Alğabas qəsəbəsində iki mərtəbəli evdə yanğın baş verib.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, yanğın baş verən evdə iki ailə yaşayırmış. Alovun güclənməsi nəticəsində evin damı çöküb. Xilasedicilər huşsuz vəziyyətdə olan üç nəfəri çöldə çıxarmağa nail olub. Evdə isə doqquz uşaq daxil olmaqla 12 nəfərin cəsədi tapılıb.

Yerli sakinlərin sözlərinə görə, ev sahibləri yanğından bir gün əvvəl qonaq qəbul edib.

Polis yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi başlayıb.

Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev hadisə ilə bağlı başsağlığı verib və aidiyyəti qurumlara faciə qurbanlarının ailələrinə yardım göstərilməsi, həmçinin baş verənlərin tam şəkildə araşdırılması barədə göstəriş verib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar