Ru
16:20 / 27 Fevral 2026

Ramiz Mehdiyev 4 ofisiantın ölümü ilə bağlı dindirildi

Ramiz Mehdiyev 4 ofisiantın ölümü ilə bağlı dindirildi
Eye

Məlumat verdiyimiz kimi, Binəqədi rayonunda 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı “Lake Hotel”in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həmin hadisə ilə bağlı ayrıca cinayət işi də ayrılıb.

Yeni açılmış cinayət işi gənclərin ölümünə səbəb olan elektrik xəttinin Novxanı qəsəbəsində yerləşən və Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üçün çəkilməsi ilə bağlıdır.

Qalina Mehdiyevaya məxsus 102 hektarlıq ərazidə müxtəlif istehsal və emal müəssisələri fəaliyyət göstərib.

Hazırda faktla bağlı prokurorluqda hərtərəfli istintaq hərəkətləri aparılır.

Cinayət işi çərçivəsində Mehdiyevlərin də ifadə verdiyi bildirilir.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında baş verib. Elektrik cərəyanı vurması nəticəsində “Lake Hotel”də işləyən 4 ofisiant həyatını itirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar