Ru
15:10 / 09 Aprel 2021

Rusiya səfirliyi qarşısında etiraz: "Rus rədd ol!", "Xankəndi Azərbaycandır!" - VİDEO

Rusiya səfirliyi qarşısında etiraz: "Rus rədd ol!", "Xankəndi Azərbaycandır!" -  VİDEO
Eye

Bu gün Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında bir qrup insan "Rus rədd ol!" şüarı ilə etiraz aksiyası keçirib.

Bakupost.az xəbər verir ki, aksiyada onlarla vətəndaş iştirak edib.

Aksiya zamanı Rusiyanın Qarabağda erməni separatçılarına açıq dəstək olmasına və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı istifadə olunmuş “İsgəndər” raketlərindən istifadə edilməsi faktına etiraz bildirilib.

Bundan əlavə, etirazçılar "Bu Vətən bizimdir, bizim olacaq", "Xankəndi Azərbaycandır!", "Xocalı Azərbaycandır!" kimi şüarlar səsləndiriblər.

Aksiyanın sonunda etiraz bəyanatı səsləndirilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar