Ru
16:36 / 22 İyun 2026

Rusiyadan göndərilən məbləğin 3 faizi tutula bilər - Yeni təklif

Rusiyadan göndərilən məbləğin 3 faizi tutula bilər  - Yeni təklif
Eye

Rusiyada “Ədalətli Rusiya” partiyasından olan deputatlar Dövlət Dumasına miqrantlardan hər beynəlxalq bank köçürməsi üçün 3% komissiya tutulmasını təklif edən qanun layihəsi təqdim ediblər.

Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, partiya lideri Sergey Mironov miqrantlara münasibətdə belə xeyriyyəçi əmələ son qoymaq zamanının yetişdiyini deyib.

Mironov bildirib ki, statistikaya görə, sərhəddən keçən pul köçürmələrinin əksəriyyəti miqrantlar tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, 2025-ci ildə Qırğızıstana rekord həddə 3,2 milyard, Özbəkistana isə həmin dövrə qədər 15 milyard dollara qədər vəsait köçürülüb. Bu əsasda da o qeyd edib ki, sərhəddən keçən köçürmə məbləğinin 3%-i tutulmalıdır.

Mironov hətta hesablayıb ki, belə bir qanunun qəbulu büdcəyə hər il əlavə 45 milyard rubl gətirəcək.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar