Ru
20:41 / 02 Dekabr 2025

Rütte: Ukrayna NATO-ya doğru dönməz bir yoldadır

Rütte: Ukrayna NATO-ya doğru dönməz bir yoldadır
Eye

NATO hələ də Ukraynanın təşkilata qoşulmaq niyyətini dəstəkləyir, lakin yekun qərar bütün üzv ölkələrin razılığından asılıdır.

Bakupost.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyansın qərargahında keçirilən mətbuat konfransında bildirib.

"Ukrayna NATO-ya doğru dönməz bir yoldadır. Regionumuzdakı istənilən ölkə üzvlük üçün müraciət edə bilər və Ukrayna bunu edib. Amma hazırda bu məsələ ilə bağlı yekdillik yoxdur," – deyə o vurğulayıb və bunun sülh sazişi məsələlərinə də aid olduğunu əlavə edib.

Rütte onu da qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr davam edəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar