Müğənni Sərdar Ortaç canlı yayımda hönkür-hönkür ağlayıb.
Bakupost.az xəbər verir ki, müğənni hələ də yayımlanmayan yeni mahnısı "Ferhat"ı dinləyərkən göz yaşlarını saxlaya bilməyib.
Onun görüntüləri sosial mediada gündəm olub. Heç kim onun nə üçün bu qədər kövrəldiyini anlamayıb.
Bəziləri onun boşandığı irlandiyalı model Kloeni unutmadığını, bəziləri isə səhhəti ilə bağlı çətin günlər yaşadığını iddia ediblər.
Qeyd edək ki, 2014-cü ildə model Kloe Loughnan ilə boşandıqdan sonra evi girov qoyulan Serdar Ortaç çətin anlar yaşayıb.
Aygen
BakuPost